image-10backend

Milli Məclisin deputatı Ramil Həsən “Qurban bayramı” aksiyasına start verdi

image-reklam_sirab_01

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsənin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində Ucar rayonunda bir çox şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə qurban payları təqdim edilməkdədir, həmçinin vətəndaşların problemləri və onları narahat edən məsələlər öyrənilib.

Fürsətdən istifadə edərək, bu xoşməramlı təşəbbüsə qoşularaq dəstək vərən hər kəsə dərin təşəkkürlərimizi bildiririk.

Onu da qeyd edək ki, millət vəkili Ramil Həsənin təşəbbüsü ilə əlamətdar günlərdə müxtəlif formalarda aksiyalar keçirilir, şəhid və qazi, tənha və kimsəsiz, eyni zamanda aztəminatlı ailələrə mütamadi olaraq baş çəkilir, dəstək verilir, qaldırdıqları narahatlıqların həlli üçün qanuna müvafiq olaraq çalışılır.

Son olaraq bildiririk ki, “Qurban bayramı” aksiyası Ucar rayonundan olan yüzlərlə ailəni əhatə edəcəkdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki