image-1backend

Milyarder İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

image-reklam_sirab_01

The Guardian qəzeti yazır ki, amerikalı iş adamı, milyarder İlon Mask 2027-ci ildə dünyanın ilk trilyonçusu ola bilər. “Informa Connect Academy” mərkəzinin analitikləri Maskın sərvətinin hər il 110 faiz artması ilə bağlı rəsmi statistik məlumatlara əsaslanaraq belə bir nəticəyə gəliblər. Bundan əlavə, Bloomberg jurnalının milyarderlər indeksinə görə, Mask 251 milyard dollar sərvəti ilə dünyanın bir nömrəli milyarderidir. 2028-ci ildə dünyanın ikinci trilyoneri peyda olacaq. O, Hindistanın Adani Qrupunun rəhbəri Qautam Adani olacaq.

Forbes-in məlumatına görə, sonuncu Asiyanın ən zəngin adamı hesab olunur. Onun sərvəti hər il 123 faiz artır. Nvidia-nın baş direktoru Jensena Huang və İndoneziya maqnatı Prajoqo Panqestunun da trilyonçu olmaq şansı var. Dünyanın ən varlı adamları sırasında da sayılan Mark Zukerberq və Bernard Arnoya trilyonçu olmaq üçün 6 il lazım olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki