image-reklam-veteninfo
image-1backend

Misir  ABŞ və  İran arasında diplomatik dialoqa çağırış edib 

image-reklam-veteninfo

Bu gün Misirin xarici işlər naziri Bədr Əbdülati iranlı həmkarı Abbas Əraqçı və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofla telefon danışığı aparıb. Danışıqlar bölgədə artan gərginlik fonunda diplomatik həll yollarının vacibliyinə həsr olunub.

Vətəninfo.az xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Əbdülati tərəfləri diplomatik kanallara sadiq qalmağa, Vaşinqton və Tehran arasında dialoqun bərpası üçün uyğun şərait yaratmağa çağırıb.

O, bölgənin yeni qeyri-sabitlik mərhələsinə sürüklənməsinin qarşısını almaq üçün gərginliyin azaldılmasının və sülh yönümlü səylərin möhkəmləndirilməsinin zəruri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, məqsəd nüvə məsələsi üzrə bütün tərəflərin maraqlarını nəzərə alan, regional və beynəlxalq təhlükəsizliyi təmin edən hərtərəfli razılaşmaya nail olmaqdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki