image-reklam-veteninfo
image-1backend

Misir, İordaniya və Fransa liderləri Qəzza ilə bağlı yanvar razılaşmasını bərpa etməyə çağırıblar

image-reklam-veteninfo

Misir prezidenti Əbdülfəttah Əl-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya kralı II Abdullah Qəzza zolağında yanvarın 19-dan qüvvəyə minən atəşkəsin bərpasına çağırıblar. 

Vətəninfo.az-ın “TASS” a istinadən verdiyi məlumata görə , bu barədə Qahirədə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

“İsrailin Qəzza zolağına yenidən hücumları fonunda biz atəşkəsin dərhal bərpasına və yanvarın 19-da qüvvəyə minmiş razılaşmanın həyata keçirilməsinə çağırırıq”, – sənəddə deyilir. Liderlər vurğulayıblar ki, yanvarda imzalanmış saziş israilli girovların və fələstinli məhbusların azad edilməsinə və təhlükəsizliyinə zəmanət verir.

Misir, İordaniya və Fransa liderləri də İordan çayının qərb sahilində və Şərqi Qüdsdə humanitar vəziyyətin pisləşməsindən narahat olduqlarını bildiriblər və Qüdsün müqəddəs yerlərinin tarixi status-kvonuna hörmətlə yanaşmağın vacibliyini vurğulayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki