image-reklam-veteninfo
image-1backend

Misir və İsrail arasında mühüm görüş- İsrail mediası detalları açıqladı

image-reklam-veteninfo

Misir Kəşfiyyat Təşkilatının rəhbəri Həsən Mahmud Rəşad atəşkəsin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər edib.

Vətəninfo.az xəbər verir ki, İsrailin ‘‘Kan’’ yayım orqanı bildirib ki, Mahmud Rəşad oktyabrın 21-də Netanyahu ilə atəşkəs razılaşmasının icrasını müzakirə etmək üçün görüşüb.

Misirin “Əl-Qahera News” telekanalı isə Rəşadın İsraildə aparacağı danışıqlarda Qəzzaya humanitar yardımın daxil olması məsələsinin müzakirə olunacağını bildirib.

Misir kəşfiyyatının rəhbəri səfər çərçivəsində ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə də görüşəcək.

ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunması ilə bağlı təklif etdiyi razılaşma oktyabrın 10-da qüvvəyə minib.

Planın birinci mərhələsi çərçivəsində əsir mübadiləsinin aparılması nəzərdə tutulur.

Plan həmçinin Qəzzanın yenidən qurulmasını və yeni idarəetmə orqanının yaradılmasını nəzərdə tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki