image-reklam-veteninfo
image-1backend

Misirdə şahzadənin məzarı tapıldı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Misirdə, Qahirədən çox da uzaq olmayan yerdə arxeoloqlar Qədim Misirin 5-ci sülaləsinin ilk fironu Usekafın oğlu Şahzadə Vasser-if-renin məzarını aşkar ediblər. Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. Məlumata görə, qazıntılar zamanı arxeoloqlar ilk olaraq çəhrayı qranitdən hündürlüyü beş metrə qədər, eni bir metrdən çox olan nəhəng daş saxta qapı aşkar ediblər.

Həmin qapının arxasında Şahzadə Vasser-if-renin məzarı var idi. Bu ölçüdə saxta qapılar əvvəllər tapılmamışdı. Məzarda mütəxəssislər 3-cü sülalənin banisi Firon Coserin, onun həyat yoldaşının və on qızının heykəlciklərini də aşkar ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki