image-reklam-veteninfo
image-1backend

Mişustin ƏMR VERDİ: Dağıstanda evlər boşaldılır, əhali köçürülür

image-reklam-veteninfo

Rusiyanın Baş naziri Mixail Mişustin Dağıstanda sürüşmə zonalarında yaşayan əhalinin köçürülməsi ilə bağlı tapşırıq verib.

Bununla bağlı Rusiya hökuməti məlumat yayıb.

Məlumata görə, Baş nazir Rusiyanın Tikinti Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinə Dağıstan hökuməti ilə birlikdə respublikanın sürüşmə təhlükəsi olan ərazilərində yaşayan sakinlərin köçürülməsi məsələsini işləyib hazırlamağı tapşırıb.

Bu işin iyulun 15-dək tamamlanması tələb olunub.

Bildirilib ki, həmin tədbirlərin “Rusiya Federasiyası vətəndaşlarının əlçatan və komfortlu mənzil və kommunal xidmətlərlə təmin olunması” adlı dövlət proqramına daxil edilməsi nəzərdə tutulur.

Baş nazirin digər tapşırığı isə təbii fəlakət nəticəsində zərər görmüş məktəblərlə bağlıdır. Qeyd olunan qurumlar Federal Antiinhisar Xidməti ilə birlikdə iyunun 15-dək tədrisin təmin olunması məsələsini, o cümlədən təhsil prosesinin bərpası üçün sürətli tikilən binaların inşası imkanlarını araşdırmalıdır.

Eyni zamanda, daşqınlardan zərər çəkmiş uşaqların yay istirahətinin təşkili ilə bağlı tədbirlərin də hazırlanması tapşırılıb.

Xatırladaq ki, martın sonu və aprelin əvvəlində Dağıstanın bir neçə rayonunda güclü yağışlardan sonra genişmiqyaslı subasma halları baş verib. Bununla əlaqədar respublikada regional fövqəladə vəziyyət rejimi elan olunub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində 10,1 min yaşayış evi zərər görüb. Bölgənin aqrar-sənaye kompleksinə də ciddi ziyan dəyib. Kənd Təsərrüfatı Nazirliyi ilkin hesablamalara əsasən kənd təsərrüfatına dəyən zərəri 640 milyon rubl qiymətləndirib.

May ayında bölgədə zərər çəkmiş 22,5 mindən çox sakin kompensasiya ödənişləri alıb. Əmək Nazirliyinin məlumatına görə, bu məqsədlə 850 milyon rubldan çox vəsait ayrılıb.Musavat.com




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki