image-1backend

MİT axtarışda olan məşhur  terrorçunu ələ keçiridi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) terror axtarış siyahısında boz kateqoriyada olan Maoist Kommunist Partiyası (MKP) üzvü Kadir Çeliki uğurlu əməliyyatla ələ keçirərək Türkiyəyə gətirib.

Kadir Çelik Orta Şərq ölkələrindən birində həyata keçirilən gizli əməliyyatla ələ keçirilərək, Türkiyədəki təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Kəşfiyyat məlumatlarına görə, Kadir Çelik 2011-2016-cı illər arasında İstanbulda MKP-nin qeyri-qanuni strukturlarında iştirak edib. Bu dövrdə Okmeydanında təşkil edilən molotof kokteyli hücumu daxil olmaqla bir sıra cinayətkar fəaliyyətlərdə iştirak edib.

2016-cı ildə terrorçu terror fəaliyyətlərini davam etdirmək məqsədilə İraqın şimaldakı ərazisinə köçüb. Burada PKK ilə əməkdaşlıq çərçivəsində təşkilatın düşərgələrində “sui-qəsd təlimləri” aldığı və müxtəlif silahlı əməliyyatlara qatıldığı müəyyən edilib. 2018-ci ildə isə Suriyanın şimalına keçərək PKK ünsürləri ilə koordinasiyalı fəaliyyətlər həyata keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image