Gürcüstanın sabiq prezidenti, hazırda vətənində həbsdə olan Mixail Saakaşvili Facebook səhifəsində Qarabağda keçmiş qondarma rejimin “dövlət katibi”, iş adamı Ruben Vardanyanın həbs edilməsindən danışıb. Vətəninfo.az xəbər verir ki, Mixail Saakaşvili bildirib ki, onların tutulması olduqca əhəmiyyətli idi.
“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. İndi bizim vaxtımızdır. Bizim qarşımızda unikal imkanlar açılır və biz onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq… Bu missiya Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Avropanın bir hissəsinə çevrilməsidir…”.- deyə Mixail Saakaşvili bildirib.


























