Gürcüstanda Mixail Saakaşvilinin partiyasının fəaliyyətini araşdırmaq üçün komissiya yaradılacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
Xatırladaq ki, Saakaşvili 2002-ci ildə “Milli Hərəkat” partiyasına rəhbərlik edib.
Mdinaradze hazırda vətənində həbsdə olan sabiq prezidentin sistem xarakterli deyilən cinayətlərindən danışıb: məhbuslara işgəncə verilməsi, qətllər, zorakılıq, şəxsi həyata müdaxilə, korrupsiya və pul tələb edilməsi.
Birinci Gürcüstan kanalı xəbər verir ki, onun sözlərinə görə, bu barədə cəmiyyətə daim xatırlatmaq lazımdır.