image-reklam-veteninfo
image-mobilbackend

Mobil laboratoriyalar regionlarda İİV profilaktikasının əlçatanlığını artırır

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyinin Azerbaycan Respublikası Səhiyyə NazirliyinRespublika QİÇS-lə Mübarizə Mərkəzi elan edtiyi  “Əhalinin riskli qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərin genişləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi” qrant cərcivəsində İİV-in profilaktikası üzrə xidmətlərin regionlarda əlçatanlığının artırılması məqsədilə mobil laboratoriyaların fəaliyyəti mühüm rol oynayır.

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi Bakı, Sumqayıt və Gəncə şəhərləri ilə yanaşı, ölkənin 15 regionunda kişilər arasında İİV profilaktikası istiqamətində fəaliyyət göstərir.

Regionlarda mobil laboratoriyaların imkanlarından istifadə olunması İİV test xidmətlərinin insanların yaşadığı və xidmətlərə ehtiyac duyduğu ərazilərə daha yaxın şəkildə təşkil edilməsinə imkan verir.

Mobil laboratoriyalarla əlaqəli fəaliyyət zamanı icma nümayəndələrinə İİV testi barədə məlumat verilir, anonim və könüllü test imkanları izah olunur və zəruri hallarda sonrakı tibbi xidmətlərə yönləndirmə həyata keçirilir.

Bununla yanaşı, sosiyal işçiləri tərəfindən regionlarda kişilər arasında İİV-in profilaktikası üzrə maarifləndirmə aparılır və pulsuz qoruyucu və lubrikantlar paylanılır.

Təşkilat hesab edir ki, mobil laboratoriyalar və sahə əsaslı profilaktik xidmətlər İİV testinə və digər profilaktik xidmətlərə çıxış imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət daşıyır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki