image-1backend

Moldova Konstitusiya Məhkəməsi Maya Sandu prezident kimi tanıyıb

image-reklam_sirab_01

Moldova Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib və seçilmiş prezident Maya Sandunun mandatını tanıyıb.

Vətəninfo.az xəbər verir ki , bu barədə RİA Novosti Moldova Konstitusiya Məhkəməsinin sədri Domnica Manoleninin bəyanatına istinadən xəbər verir.

“Moldova Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il noyabrın 3-də Moldovada keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edərək, Maya Sandu-nun Moldova Prezidenti seçilməsini tanımaq barədə qərar qəbul edib. Qərar qətidir, ondan şikayət verilə bilməz və qəbul edildiyi gün qüvvəyə minir”, – Domnica Manole bildirib.

Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib, respublikanın rəhbəri dörd il müddətinə seçilib.

Prezident seçkilərinin ikinci turunda ölkə prezidenti Maya Sandu ilə müxalif Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoğlu mübarizə aparıb.

Seçkilər nəticəsində Maya Sandu 55,33%, Stoyanoqlo 44,67% səs toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki