Moldova prezidenti Maya Sandu Qaqauziya muxtariyyətinin yeni rəhbəri Yevgeni Qutsulu cinayətkar qruplaşma ilə əlaqədə olmaqda ittiham edib. O, Qutsulun andiçmə mərasimində iştirak etməmək qərarını bu halla izah edib.
Bu barədə Vətəninfo.az “Lenta.ru”ya istinadən xəbər verir.
“Seçki kampaniyası zamanı cinayətkar qrup tərəfindən dəstəklənən şəxsin andiçmə mərasiminə getməyi düzgün hesab etmədiyim üçün getmədim”, – Sandu bildirib.
O, həmçinin bildirib ki, Qutsulun andiçmə mərasimində iştirak etməyi səhv hesab edir, çünki Qaqauziyanın yeni rəhbəri Moldovada qadağan olunmuş partiyanın üzvüdür.