Vətəninfo.az xəbər verir ki, Monqolustan Dövlət Böyük Xuralı gizli səsvermədən sonra baş nazir Luvsannamsrayn Oyun-Erdenenin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib. O, yeni hökumət başçısı təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək.
“Monqolustan parlamentinin iclasının reqlamenti haqqında qanuna əsasən, deputatların əksəriyyəti, yəni 64 nəfər baş nazirin etimadının lehinə səs verməli idi. Etimad səsverməsi gizli səsvermə yolu ilə parlamentarilərin əksəriyyəti tərəfindən təsdiq olunmadığından hökumətin istefası məsələsinin müzakirəsi barədə qərar qəbul edilib”, – deyə parlament rəhbərinin mətbuat mərkəzi məlumat yayıb.
O da məlum olub ki, parlamentin sədri Daşzeqvin Amarbayasqalan səlahiyyət müddəti başa çatan baş nazirə kabinetin yeni rəhbəri təyin olunana qədər səlahiyyətlərinin icrasını davam etdirməyi tapşırıb. Qanuna görə, yeni baş nazir 30 gün ərzində təyin olunmalıdır.
Son günlər Ulan-Batorun mərkəzi meydanında dinc etiraz aksiyaları keçirilir. Onlardan birində iştirakçılar sosial şəbəkədə brilyant üzük, avtomobil və dizayner əl çantasının fotolarını yerləşdirən 22 yaşlı oğlunun gəlini üçün hədiyyələrə böyük xərc çəkməsinin izahını və baş nazirin istefasını tələb edirlər.