image-reklam-veteninfo
image-1backend

Montella yenidən Türkiyədə – “Fənərbaxça” ilə görüşəcək?

image-reklam-veteninfo

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi axtarışlarını davam etdirir. İstanbul təmsilçisinin əsas namizədlərindən biri hesab olunan italiyalı mütəxəssis Vinçenso Montellanın artıq Türkiyəyə gəldiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, klub rəhbərliyi İsmail Kartalın istefasından sonra yeni baş məşqçi ilə bağlı danışıqları sürətləndirib.

Məlumata görə, “Fənərbaxça” rəhbərliyi ilə yanaşı, Montellanın klubun prezidenti Aziz Yıldırımla da Çəngəlköydə təkbətək görüşü nəzərdə tutulur.

Hazırda Türkiyə millisini çalışdıran italiyalı mütəxəssis İstanbul klubunun baş məşqçi postuna əsas namizədlərdən biri kimi göstərilir.

Montellanın “sarı-lacivərdlilər”in sükanı arxasına keçib-keçməyəcəyi və tərəflər arasında görüşün hansı nəticə ilə yekunlaşacağı hələlik məlum deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki