image-reklam-veteninfo
image-1backend

Montelladan istefa şayiələrinə müəmmalı cavab: “Mən hələ də buradayam”

image-reklam-veteninfo

Türkiyə millisinin baş məşqçisi Vincenzo Montella istefa verəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, italiyalı mütəxəssis son mətbuat konfransında jurnalistlərin ona 2-ci liqada çıxış edən 31 yaşlı hücumçu Kemal Rüzgarın milli komandaya çağırılması ilə bağlı sual ünvanlamasına diqqət çəkib.

Montella vəziyyətin qəribə olduğunu vurğulayıb:

“Elə qəribə bir nöqtədəyik ki, əvvəlki mətbuat konfransında jurnalistlər məndən 3-cü liqada oynayan 31 yaşlı bir hücumçunu milli komandaya çağırmağımı istədilər”.

Montellanın bu açıqlaması istefa verəcəyi ilə bağlı iddiaların fonunda da diqqət çəkib. Baş məşqçi məsələyə qısa, lakin maraqlı cavab verərək “Mən hələ də buradayam” deyib.

Qeyd edək ki, Vincenzo Montellanın Türkiyə Futbol Federasiyası ilə müqaviləsində nəzərdə tutulan rəsmi təzminat məbləğinin 550 min avro olduğu bildirilir.

Hazırda italyan mütəxəssisin Türkiyə millisindəki gələcəyi ilə bağlı müxtəlif iddialar səslənsə də, Montellanın son açıqlaması onun postunu tərk etmək niyyətində olmadığını göstərib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki