image-reklam-veteninfo
image-1backend

Moskva ilə İrəvan arasında qalmaqal: Rusiya bazası məsələsində “qaçdı-tutdu” oyunu

image-reklam-veteninfo

Rusiya ilə Ermənistan arasında Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının gələcəyi ilə bağlı qarşılıqlı açıqlamalar diqqət çəkib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva Ermənistan tərəfindən hərbi bazanın ölkədən çıxarılması ilə bağlı hər hansı rəsmi müraciət almayıb.

Qaluzin qeyd edib ki, Rusiya hərbi bazası Ermənistanın və bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının mühüm elementi olaraq qalır. Onun sözlərinə görə, hazırda bu bazanın mövcudluğuna real alternativ yoxdur.

Diplomat həmçinin Ermənistan ərazisində Fransa hərbçilərinin yerləşdirilməsi ehtimalını coğrafi baxımdan “təsəvvür etməyin çətin olduğunu” deyib.

İrəvandan isə Moskvaya cavab gecikməyib. Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyan Qaluzinin açıqlamasına münasibət bildirərək deyib ki, Rusiya da Gümrüdəki hərbi bazanın çıxarılması ilə bağlı Ermənistana heç bir məlumat verməyib.

Aleksanyanın sözlərinə görə, Rusiya hərbi bazasının Ermənistanda saxlanılması ölkəyə baha başa gəlir. Bununla belə, İrəvan həm bazanın çıxarılması, həm də onun gələcək statusunun müzakirəsinə hazırdır.

“Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, bunu elan etməlidirlər. Əgər istəmirlərsə, bu da müzakirə mövzusudur. Biz bunu müzakirə etməyə hazırıq”, – Aleksanyan vurğulayıb.

Beləliklə, Moskva və İrəvan arasında 102-ci hərbi bazanın gələcəyi ilə bağlı məsələ yenidən qarşılıqlı bəyanatların predmetinə çevrilib




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki