image-reklam-veteninfo
image-1backend

Moskva ilə İrəvan arasında yeni qalmaqal:bu dəfə taxıla görə

image-reklam-veteninfo

Ermənistan siyasi səbəblərdən Rusiya taxılından imtina edərək Aİ tərəfindən maliyyələşdirilən daha bahalı Ukrayna taxılına üstünlük vermək istəyir.

Bu barədə Sergey Narışkinin rəhbərlik etdiyi Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatında bildirilib.

SVR-nin məlumatına görə, Ermənistan tərəfi Brüsselə qiymət fərqini dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə kompensasiya etməyi təklif edir.

“Brüsseldən Ukrayna taxılının artıq dəyərini kompensasiya etməsi tələb olunur. Aİ hazırda buna razılıq verməyə dəyib-dəyməməsi haqqında düşünür, çünki bu, daimi əsasda ödəniş tələb edəcək və Belçika hazırda dondurulmuş Rusiya aktivlərinin istifadəsinə icazə verməkdən imtina edir”, – məlumatda deyilir.

Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılını almaq niyyətində deyil.

RİA Novosti xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Ermənistanın siyasi səbəblərdən Rusiya taxılından imtina etdiyinə dair məlumat yayıb.

Qeyd edək ki, bu yaxınlarda Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 2 sostav taxıl qatarı gəlib. Rusiya tərəfi yanvar ayınadək Ermənistana daha 132 vaqon taxıl göndərəcəyini bəyan etmişdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki