image-reklam-veteninfo
image-1backend

Moskva ilə Kiyev arasında birbaşa danışıqlar başlayır

image-reklam-veteninfo

Moskva ilə Kiyev arasında birbaşa danışıqlar bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ukrayna nümayəndə heyətinə yenidən müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə (yenidən) Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək.

Avropa tərəfində Almaniya, Fransa və Böyük Britaniyanın milli təhlükəsizlik müşavirləri danışıqlara qoşula bilər. Bunu daha əvvəl ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

Volodimir Zelenski görüş öncəsi əsas mövqeləri “Telegram” kanalında açıqlayıb: “Birincisi, tam və qeyd-şərtsiz atəşkəs. İkincisi, məhbusların azad edilməsi. Üçüncüsü, oğurlanmış uşaqların geri qaytarılması. Və etibarlı və davamlı sülh yaratmaq (və təhlükəsizliyi təmin etmək) üçün zirvə görüşünə hazırlaşın”.

Daha sonra “Reuters” Ukraynanın İstanbul danışıqları ilə bağlı sülh təkliflərinin mətnini dərc edib.

Jurnalistlər artıq Rusiya ilə Ukrayna arasında danışıqların gözlənilən İstanbuldakı Çırağan Sarayının girişində toplaşmağa başlayıblar.

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına Türkiyənin xarici işlər naziri Fidan sədrlik edəcək.

Görüşdə Türkiyə kəşfiyyatının rəhbəri MİT Kalının da iştirak edəcəyi qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki