image-image_750x_646d0d45a3fe8backend

“Moskva nəticələrə ümid etmək istəyir”- Dmitri Peskov

image-reklam_sirab_01

“Rusiya Ermənistan və Azərbaycan liderlərinin Moskva görüşünün səmərəli olacağını gözləyir.”- Vətəninfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Kütləvi informasiya vasitələri ilə əməkdaşlığın aktual məsələləri” adlı dəyirmi masa çərçivəsində azərbaycanlı jurnalistlərə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada gözlənilən görüşünü şərh edən Peskov qeyd edib.

“Moskva nəticələrə ümid etmək istəyir. Danışıqların nə dərəcədə effektiv olacağını zaman göstərəcək”.

Xatırladaq ki, mayın 25-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş baş tutacaq.

Eyni zamanda Rusiya paytaxtında Putin-Paşinyan-Əliyev arasında üçtərəfli görüş də gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki