image-1backend

Moskva  Pentaqona  xəbərdarlıq etdi

image-reklam_sirab_01

Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib.

Vətəninfo.az  xəbər verir ki, bunu “TASS”a Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib.

Onun sözlərinə görə, Amerika nümayəndələri ilə dövlət və diplomatik standartlara görə orta səviyyədən yuxarı olan bütün təmaslar sırf utilitar (etik nəzəriyyə – Qeyd) məqsədlər güdür. İki ölkənin müdafiə nazirləri arasında son təmas da bu baxımdan istisna olmayıb:

“Rusiya tərəfdən ABŞ-a Kiyevin Vaşinqtonun birbaşa müdaxiləsi olmadan ağlasığmaz yeni mümkün təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq tamamilə idarəolunmaz nəticələrə səbəb ola biləcək daha təhlükəli eskalasiyanın qarşısını almaq üçün verilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki