image-111backend

Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz – Stoltenberq

image-reklam_sirab_01

NATO-nun rəhbəri Yens Stoltenberq cümə axşamı Osloda keçirilən NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə bildirib ki, Moskva Ukraynanın NATO-ya üzv olmasına mane ola bilməz. Vətəninfo.az xəbər verir ki, bu barədə  Reuters məlumat yayıb.

“Bütün müttəfiqlər razılaşır ki, Moskvanın NATO-nun genişlənməsinə veto qoymaq hüququ yoxdur”, – Stoltenberq bildirib.

“Biz irəliləyirik , müttəfiqlər Ukraynanın üzv olması ilə razılaşırlar “. -deə o, əlavə edib.

Stoltenberq həmçinin Kiyev üçün təhlükəsizlik təminatı sisteminin yaradılmasına çağırıb ki, bu da Rusiyanın ölkəyə qarşı təkrar hərbi əməliyyatların qarşısını almaq məqsədi daşıyır.

KİV yazır ki, Kiyev və onun Şərqi Avropadakı ən yaxın müttəfiqləri Ukraynanın üzvlüyünü sürətləndirmək üçün konkret addımlar atmağa çağırsalar da, ABŞ və Almaniya kimi Qərb hökumətləri bloku Rusiya ilə müharibəyə yaxınlaşdıracaq istənilən addımdan ehtiyatlanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki