image-reklam-veteninfo
image-1backend

Moskvada ana 6 yaşlı oğlunu çəkiclə öldürüb

image-reklam-veteninfo

Moskva məhkəməsi altı yaşlı oğlunu qətlə yetirməkdə ittiham olunan qadının barəsində həbs qətimkan tədbiri seçib. Vətəninfo.az xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, qadın saxlanılarkən törətdiyi əməli etiraf edib və yaxın günlərdə psixoloji-psixiatrik ekspertizadan keçiriləcək.

O, ifadəsində bildirib: “Uşağımın başına çəkiclə vurdum, ölmədi. Buna görə bıçaqdan istifadə etməli oldum.”

İlkin məlumatlara görə, 2025-ci il noyabrın 12-də qadın oğlunu öldürdükdən sonra intihara cəhd edib. Çoxsaylı yaralar almış uşağın meyitini isə atasının aşkar etdiyi bildirilir. Hadisə yerində ana tərəfindən yazılmış bir qeyd tapılıb; orada uşaqda ağır xəstəlik olduğu və heç kimin günahlandırılmaması barədə sözlər yer alıb.

Uşağın öldürülməsi faktı ilə bağlı qadına qarşı cinayət işi açılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki