image-reklam-veteninfo
image-default-1backend

Moskvada Ukrayna PUA-ları vuruldu

image-reklam-veteninfo

Moskvada Domodedovo hava limanı yaxınlığında Ukraynaya məxsus pilotsuz təyyarə vurulub. Vətəninfo.az xəbər verir ki,  Moskvanın Domodedovo hava limanı yaxınlığında pilotsuz uçuş aparatı vurulub.

“Kanal 112- nin məlumatına görə , səhər saatlarında Domodedovo bölgəsində daha bir pilotsuz uçuş aparatı vurulub”, – mesajda deyilir.

Ərazinin mühasirəyə alındığı, fövqəladə hallar xidmətinin hadisə yerində işlədiyi bildirilir.

URA.RU məlumatı yoxlamaq üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinə sorğu göndərib. Hələlik heç bir cavab alınmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki