Moskvanın şimalında çoxmərtəbəli tikinti sahəsində yanğın baş verib.
Yanğın nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanan binanın içərisində 200-ə qədər insan olub.
Hazırda 31 nəfərin xilas edildiyi bildirilib.
1400 kvadratmetr ərazidə baş verən yanğın söndürülüb.


























