Moskvada yağan leysan yağışları şəhəri iflic edib. Vətəninfo.az xəbər verir ki, Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovetsin RİA Novosti-yə verdiyi məlumata görə, son sutka ərzində Moskvada aylıq yağıntının 25 faizi düşüb.
“Paytaxtda siklon effekti ilə əlaqədar güclü yağışlar müşahidə olunur. Ötən sutka ərzində yağıntıölçənlər Stroqinoda 13 millimetr, Balçuqda 9 millimetr, Tuşinoda 21 millimetr təşkil edib ki, bu da aylıq normanın 25 faizini təşkil edir”, – o qeyd edib.
Moskva Nəqliyyat Departamenti pis hava şəraiti səbəbindən yerli yerüstü nəqliyyatda gecikmələrin mümkün olduğunu bildirib.