Moskvanın bəzi rayonlarında qar örtüyünün hündürlüyü 13 santimetrə, Moskva vilayətində isə hündürlüyü bəzi yerlərdə 16 santimetrə çatıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
“Bazar günü, aprelin 6-da ZHTNC-də (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) Moskvada yağan güclü qar nəticəsində yaranan qar örtüyü bir gündə 5-dən 9 santimetrə qədər artıb. Tuşinoda bu, hazırda 11 santimetr, paytaxtın mərkəzində, Balçuqda 13 santimetrdir”, – deyə bildirib.
Proqnozlara görə, qar yağıntısı daha da güclənəcək və aprelin 8-dək davam edəcək.Yollarda buzlanma var.
BFM qəzetinin məlumatına görə, anomal hava şəraiti bir sıra avtomobil qəzalarına səbəb olub. Qurbanlar var.