image-1backend

“Mossad” məşhur əməlliyatın sirlərini açdı

image-reklam_sirab_01

ABŞ-ın CBS kanalında efirə gedən “60 minutes” son programının qonağı İsrailin “Mossad” kəşfiyyat təşkilatının anonim əməkdaşı tamaşaçılara “partlayan peycerlər” hekayəsinin təfərrüatlarını danışıb.

– Necə oldu ki, “Hizbullah” hərəkatını aldadaraq peycerləri sizdən alınmasına nail oldunuz?
– Onların bunu İsraildən aldıqlarından xəbərləri yox idi.
– Bəs kimdən aldıqlarını düşünürdülər?
– Bizim İsraillə əlaqəsi olmayan xarici şirkətlər açmaq üçün çoxlu imkanlarımız var. Bunlar bizə fayda vermək üçün tədarük zəncirinə daxil olan çoxqatlı “qabıq” şirkətləridir. Biz xəyal dünyaları yaratmağı bilirik. Biz qlobal istehsal şirkətiyik. Biz ssenarilər yazırıq, rejissor, prodüser kimi çıxış edirik və eyni zamanda baş rolları oynayırıq. Bütün dünya bizim səhnəmizdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image