image-1backend

Müdafiə nazirinə yeni müavin təyin olundu

image-reklam_sirab_01

Müdafiə nazirinə müavin – Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Vətəninfo.az “Report”a istinadla xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini də icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki