image-2backend

Mühacirlər xilas edilidi

image-reklam_sirab_01

Türkiyənin Muğla vilayətinin sularında Yunanıstan tərəfinin Türkiyə sularına geri itələdiyi rezin qayıqlarda olan 22 qeyri-qanuni mühacir xilas edilib.

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, müxtəlif vaxtlarda Bodrum və Datça rayonları sahillərində rezin qayıqlar və xilasedici sallarda qeyri-qanuni mühacirlərin olduğu xəbərinə görə Sahil Mühafizə katerləri bölgəyə cəlb olunub.

Komandalar Yunanıstan tərəfinin yenidən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqlar və xilasedici sallarda olan 22 qeyri-qanuni mühaciri xilas edib.

Qeyri-qanuni miqrantlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image