image-77backend

Mühacirləri daşıyan yük maşını qəzaya uğrayıb, 16 nəfər ölüb

image-reklam_sirab_01

Meksikada miqrantları daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 16 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Vətəninfo.az xəbər verir ki,  hadisə Puebla və Oaxaka ştatları arasındakı magistral yolda qeydə alınıb.

Qəzada 1-i uşaq, 8-i qadın olmaqla 16 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.

Səlahiyyətlilər qəzanın səbəblərini araşdırır, yaralılar Puebla xəstəxanasına aparılıb.

Oaxaka ştatının qubernatoru Salomon Jara Kruz sosial media hesabından etdiyi paylaşımda mərhumların ailələrinə başsağlığı verib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki