Əsir mübadiləsi çərçivəsində Rusiyadan Ukraynaya 3310 məhbus qaytarılıb.Vətəninfo.az-ın məlumatına görə , bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “Telegram” kanalında məlumat verib.
Ümumilikdə, müharibə başlayandan bəri tərəflər 50-dən çox mübadilə həyata keçirib.
Ukrayna rəhbəri qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bütün əsirləri evlərinə qaytarmaq üçün hər cür yol axtarır.
“Biz hamını Rusiya əsarətindən azad etməyin yollarını axtarmağa davam edirik – bütün hərbçilərimiz və mülki şəxslərimiz, böyüklərimiz və uşaqlarımız”, – deyə Zelenski vurğulayıb.