Vətəninfo.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Ukrayna münaqişəsinə son qoymaq üçün diplomatik səylərə ehtiyac olduğunu açıqlayıb. Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqların vacib olduğunu deyən o, bunların “yalnız başlanğıc” olduğunu qeyd edib.
Onun sözlərinə görə, danışıqlarda Latın Amerikası və Afrika ölkələri ilə yanaşı, Çin də iştirak edib.
“Buna görə də bizim bu danışıqları davam etdirməyimiz məntiqlidir, çünki onlar Rusiyanın səhv yola getdiyini və qoşunlarını geri çəkib sülhü mümkün etməli olduğunu başa düşmək üçün ona təzyiqləri çox konkret şəkildə artırırlar”, – Scholz ZDF televiziyasına müsahibəsində deyib.


























