image-1backend

Müharibə əlili “Azərsu”dan şikayətçidir -FOTO

image-reklam_sirab_01

Müharibə əlili, Prezident təqaüdçüsü ehtiyyatda olan mayor Novruzov Rövşən “Azərsu” ASC-dən şikayətçidir. Vətəninfo.az-a öz şikayətini göndərən Rövşən Novruzov probleminin tezliklə həll edilməsini istəyir.

Rövşən Novruzovun yazdığı şikayət məktunun diqqətinizə çatdırırıq.

“Bakı şəhər, Suraxanı rayon, Hövsan qəsəbəsində mənə məxsus həyət evinin qarşısında kanalizasiya bərbad vəziyyətə düşüb, məni kimi də orda yaşayan yüzlərlə sakinlər bu problemdən əziyyət çəkir. Dəfələrlə edilən müraciətə baxılmır. Kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasını şəkil formasında əlavə etmişəm. Əlavə olaraq mən və yüzlərlə sakinlər azərsu üçün ödəniş edirik, bu ödənişin içində kanalizasiya ödənişidə vardır, lakin kanalizasiya xidmətinə pul ödəniş edilmədə bu sayədə xidmət göstərən yoxdur.

Xahiş edirəm ki, qeyd olunan ərazidə və mənə məxsus mənzilin su kanalizasiya sisteminin bərpa edilib düzəldilməsinə göstəriş verəsiniz.”

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki