image-reklam-veteninfo
image-1759454206052299_rhcuhzqkbackend

Münhen hava limanının fəaliyyəti dronlara görə dayandırılıb

image-reklam-veteninfo

Münhen hava limanı ərazisində bir neçə pilotsuz uçuş aparatının (PUA) müşahidə olunması səbəbindən uçuşlar dayandırılıb.

Vətəninfo.az xəbər verir ki, Almaniya Hava Hərəkətinə Nəzarət İdarəsi oktyabrın 2-si axşam saatlarında əvvəlcə uçuşlara məhdudiyyət qoyub, daha sonra isə onları tamamilə dayandırıb.

Hava limanının saytında yayılan məlumata görə, həmin gün axşam saatlarında 17 reys Münhendən havaya qalxa bilməyib, bu isə təxminən 3 min sərnişinə təsir edib.

Bundan əlavə, 15 eniş reysi digər Almaniya və Avstriya şəhərlərinə yönləndirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki