image-reklam-veteninfo
image-1backend

Musa Nağıyevin İsveçrə bankındakı 1 milyardının taleyi necə oldu? — Nəvəsi DANIŞDI

image-reklam-veteninfo

“Musa Nağıyevin İsveçrə bankında saxlanılan pulları ilə bağlı hazırda heç bir proses getmir”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycanın tanınmış milyonçusu Musa Nağıyevin nəvəsi, tarixçi Dilarə Nağıyeva deyib.

O bildirib ki, vərəsəlik hüququ olmadığı üçün pulları ala bilməyib:

“Pullar oradadır, özü də çox böyük məbləğdir. Lakin vərəsəlik hüququm olmadığı üçün ala bilmirəm. Nəticə yoxdur, ona görə də bu məsələ belə qalıb”.

Xatırladaq ki, 2023-cü ildə Dilarə Nağıyeva efirə çıxaraq bu məsələni ictimailəşdirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki