image-1backend

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…” – FOTO

image-reklam_sirab_01

“Bolt” taksi xidməti ilə bağlı şikayətlər artmaqda davam edir. Şirkət sürücüləri kobudluqda günahlandırılır. Sərnişinlərin fikrincə, “Bolt” sürücülərinin əksəriyyəti narkoman, psixi problemli insanlardır. Bu qənaətə sosial şəbəkələrdə “Bolt” taksi xidməti və onların sürücüləri haqqında yazılanlardan gəlmək olar. Müştərilər bildirir ki, 2 istiqamət seçmək mümkün olduğu halda sürücülər sərnişini aparmaqdan, kartla ödənişdən imtina edir, əlil arabası ilə olan sərnişinlərdən arabalarına görə əlavə ödəniş tələb edirlər.

“Bolt”dan olan şikayətlərin bəzilərini təqdim edirik:

Sərnişin Lalə Nağızadə:

“Şikayətim “Bolt” sürücüsündəndir. Taksiyə minən kimi 2 ünvan qeyd etdiyimi gördü və çox kobud şəkildə etiraz elədi ki, “Ay xanım, 2 ünvan nədir eləmisiniz?!”. Bildirdim ki, əgər burada 2-3 ünvan qeyd eləmək mümkündürsə, yəni o funksiya varsa, istifadə edə bilərəm. Sürücü birinci “Bolt” şirkətini söydü, sonra da maşını saxlayıb məni düşürdü”.

Aysel Cəfərli:

“Mən əlilliyi olan xanımam, əlil arabası istifadə edirəm. Məzun günümdə taksi sifariş etdim yağış da dəhşət yağırdı. Taksi gəldi, arabama baxdı, mənim də arabam mini bir arabadır. Oturdum maşına, sürücü qayıtdı ki, düşün, arabanız bagajı cızacaq.

Bakıya getdim “Bolt” vurdum. Sürücü dedi, siz arabada olduğunuz üçün elavə 1 manat da ödəməlisiniz”.

Rəşidə Hüseynli:

“Harada mədəniyyətdən kənar, psixopat var boltda işləyir. Belə sürücülərə görə “Bolt”u silmişəm. Bu şirkət sürücülərinə etiket qaydaları təlimi keçməli, narkoloji və psixoloji test tələb etməlidir”.

Tribunainfo.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image