Müştərilərin əsas narazılığı isə bankın dəstək xidməti ilə bağlıdır. Belə ki, zənglərə, həmçinin “WhatsApp” və “Telegram” üzərindən yazılan müraciətlərə cavab verilmədiyi bildirilir. Pul köçürmələrinin gecikməsi səbəbindən bir çox vətəndaş yolda və ya ödəniş məntəqələrində çətin vəziyyətdə qaldıqlarını qeyd ediblər.
Xatırladaq ki, “Leobank” fiziki filialları olmayan rəqəmsal bank konsepti ilə fəaliyyət göstərdiyindən, istifadəçilər yalnız məsafədən dəstək xidmətinə müraciət edə bilirlər.“Yeni Sabah”



























