image-bez-nazvaniyabackend

Müxalifətçi deputatdan sensasion açıqlama:”Onlar Rusiya ilə gizlin danışıq aparırlar”

image-reklam_sirab_01

“Gürcüstan hakimiyyəti Rusiya ilə yaxınlaşmaq istəyir. Onlar hətta gizlin danışıq da aparırlar” –Vətəninfo.az xəbər verir ki, bu  barədə Gürcüstanın müxalifətçi deputatı Giorgi Vaşadze məlumat verib.

Onun sözlərinə görə, ölkə Rusiya Federasiyası ilə Avroatlantika kursuna sadiq əhalidən gizli şəkildə yaxınlaşır.

Vaşadze Amerikanın “Politico” qəzeti ilə söhbətində deyib: “İndiki hakimiyyət Rusiya ilə yaxınlaşmaq istəyir. Amma onlar bunu gizli şəkildə edirlər, çünki əhali buna qarşıdır və Avro-Atlantika kursuna sadiqdir”.

Müxalifətçi qeyd edib: ki, bu səbəbdən Gürcüstan təhlükə qarşısında tək qalacaq, çünki Ermənistan, Qırğızıstan və digər ölkələr Moskvaya doğru “donub”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstanla viza rejimini ləğv edib. İki ölkə arasında 4 illik fasilədən sonra hava əlaqəsi də bərpa edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki