Təbriz şurasının kürsüsündən sərsəmləyən, özünü Tehranın faşist rejiminin sədaqətli “tulası” kimi aparan bu məxluqun vızıltısı bir daha göstərdi ki, fars-molla diktaturası artıq ayaqları altındakı torpağın necə yanıb kül olduğunu hiss edərək panikaya düşüb. O qorxaqlar hələ də başa düşmək istəmirlər ki, tarix dəyişib, rejim isə gözümüzün önündə parça-parça olur. Bütün bu cəhdlər, sərsəm bəyanatlar və fitvalar çökən imperiyanın son qıcolmalarından başqa bir şey deyil.
Bu səfeh tula kürsüdən “İran hərəmdir, İran milləti İmam Hüseyn millətidir” deyərək ağlaşma qurur. Ancaq unutmasın ki, onların bu sözlərdən arxasında gizlətdikləri gerçəklik yalnız qan, zülm, haqsızlıq və insan haqlarının kütləvi şəkildə tapdalanmasıdır. Güney Azərbaycanda onilliklərdir soydaşlarımıza qarşı həyata keçirilən mədəni, iqtisadi və sosial soyqırım siyasəti rejimin əsl simasını açıq şəkildə göstərir. Ana dilimizdə oxumağın, yazmağın qadağan olunduğu, təbii sərvətlərimizin talanaraq başqa bölgələrə daşındığı, Urmiya gölünün qəsdən qurudularaq ekoloji fəlakətə səbəb olunduğu göz önündədir. Bunlar azmış kimi, haqqını tələb edən, milli və insani hüquqları üçün ayağa qalxan güneyli qardaşlarımız hər gün rejim zindanlarında ağır işgüzarlara məruz qalırlar.
İranın səhra məhkəmələrində ədalətsiz hökmlərlə asılan, dar ağacına göndərilən igid oğul və qızlarımız bu rejimin terrorçu mahiyyətini sübut edən acı həqiqətdir. Rejimin zindanlarında -Evində, Təbriz və Ərdəbil təcridxanalarında günahsız soydaşlarımıza verilən işgəncələr, qaranlıq kameralarda baş verən şübhəli ölüm hallar heç vaxt unudulmayacaq. Fars-molla rejimi öz qorxaqlığını və acizliyini yalnız güllə ilə, dar ağacı ilə, zindan zülmü ilə ört-basdır etməyə çalışır. Ancaq bilsinlər ki, tökülən hər damla qan, çəkilən hər əzab azadlıq yolunda məşələ çevrilir.
Bu gün isə rejimin halı elə bir fəlakət həddinə çatıb ki, Amerikanın və İsrailin sarsıdıcı hərbi-siyasi zərbələri qarşısında o “qürurlu” ayətullahlar siçan kimi dəlik axtarır, bunkerlərdə, gizli zirzəmilərdə başlarını qucaqlayıb titrəyirlər. Açıq-aşkar görünür ki, bu qorxaqlar rejiminin nəfəsi bitib.
Bunların çarəsizliyi o həddə çatıb ki, ayyətullahlarımın dəfinində liderlərini kardondan hazırlayaraq öz atası ilə vida mərasiminə gətirirlər.
O tulanın dilinə Səttarxanın adını alması isə yüz qat yüz tüpürcəyə layiqir. Səttarxan heç vaxt fars şovinizminin və zülmkar mollaların köləsi olmayıb! O, azadlıq bayrağını ucaldan əsl Türk igidi idi.
Artıq qaçılmaz tarixi proses başlayıb: 45 milyonluq Güney Azərbaycan oyanıb və gec-tez Quzey Azərbaycanla qovuşaraq bu zülm zəncirlərini qırıb atacaqdır! Var olsun azadlıq mübarizəmiz!
Nahid Canbaxışlı “Vətəninfo.az İnformasiya Agentliyi”Baş redaktoru


























