Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətində pilotsuz uçuş aparatı Suriya Birləşmiş Ordusu milislərinin konvoyunu vurub, nəticədə ölən və yaralananlar var.
Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Suriya döyüş meydanındakı mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, zenit raketi Suriya ordusunun birgə qüvvələrinin Deyr əz-Zor əyalətindəki kolonunu vurub. Nəticədə 6 döyüşçü həlak olub, daha 14 nəfər yaralanıb.