image-1backend

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

image-reklam_sirab_01

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar onun anası Qasımova Dursun Əsgər qızına Prezident təqaüdü təyin edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) məlumat yayıb.

Bildirilib ki, nazirlik tərəfindən şəhid Milli Qəhrəmanın anasına elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) Milli Qəhrəmanların ailələri üçün nəzərdə tutulan aylıq təqaüdün (1800 manat) təyinatı aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki