NATO Almaniyada hərbi təlimlərə başladı
Almaniyanın cənub-şərqində yerləşən hərbi poliqonda ABŞ-ın Avropadakı quru qoşunlarının təşkil etdiyi “Combined Resolve XXI” beynəlxalq hərbi təlimləri başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb .
“Birləşmiş Qətnamə XXI təlimi çərçivəsində Almaniyanın Hohenfels şəhərindəki Birgə Beynəlxalq Təlim Mərkəzində NATO-ya üzv 16 ölkədən və əlaqəli ölkələrdən 4000-ə yaxın əsgər təlim keçir”, – deyə məlumatda bildirilir.
Nazirlik bildirib ki, təlimin məqsədi müttəfiq bölmələrlə birgə əməliyyatlara hazırlıq və müttəfiq ordular arasında əməkdaşlığın təkmilləşdirilməsi olub.