Biz Ukraynada atəşkəsin elan olunacağı ana hazırlaşmalı və sülhü qorumalıyıq.
Vətəninfo.az xəbər verir ki, bu çağırışı Aİ-nin Londonda keçirilən sammitindən sonra NATO-nun baş katibi Mark Rutte edib.
O, həmçinin qeyd edib ki, Avropa liderləri müdafiə xərclərini artırmağa hazır olduqlarını bəyan ediblər.
Onu da əlavə edək ki, qalmaqallı Tramp-Zelenski görüşündən sonra bir sıra Aİ liderləri Ukrayna və Vladimir Zelenskiyə dəstək ifadə etməyə tələsmişdilər.