image-reklam-veteninfo
image-1backend

NATO-nun növbəti iki sammitinə Hollandiya və Türkiyə ev sahibliyi edəcək

image-reklam-veteninfo

Türkiyə 2026-cı ildə NATO sammitinə ev sahibliyi edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının iyulun 9-11-də Vaşinqtonda keçirilən sammitinin yekun bəyanatında deyilir.

Sənəddə NATO-nun növbəti iclasının Hollandiyada baş tutacağı bildirilir.

“Amerika Birləşmiş Ştatlarının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarıq və 2025-ci ilin iyununda Hollandiyanın Haaqa şəhərində, daha sonra isə Türkiyədə keçiriləcək növbəti sammitimizi səbirsizliklə gözləyirik”, – deyə məlumatda bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki