image-1backend

NATO-nun şərq qanadı müdafiə xərclərini 70 milyard dollara çatdırıb

image-reklam_sirab_01

NATO-nun şərq qanadını təşkil edən 14 ölkənin ümumi müdafiə xərcləri Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra xeyli artıb. Vətəninfo.az-in məlumatına görə , Bloomberg agentliyi 2024-cü ildə onların 70 milyard dollar təşkil edəcəyini bildirir.

Agentliyin alyans rəhbərliyindəki mənbələrə istinadən qeyd etdiyi kimi, NATO-nun Şərqi Avropa üzvlərinin ümumi müdafiə xərcləri SSRİ-nin dağılmasından sonra görünməmiş həddə çatıb. Bu artım Rusiyadan “artan təhlükə” fonunda silah və hərbi texnika alışlarının artması ilə bağlıdır. Polşa bu göstərici ilə lider olub və cari ildə müdafiə xərcləri ölkənin ÜDM-nin 4,12%-nə çatıb. Polşadan sonra Estoniya (ÜDM-in 3,45%-i), Latviya (3,15%), Yunanıstan (3,08%) və Litva (2,85%) gəlir.

NATO-nun Şərqi Avropa üzvlərinin müdafiə idarələrinin rəsmiləri vurğulayırlar ki, hərbi texnikanın modernləşdirilməsi nəticəsində onların ölkələri üçün onunla işləyən ixtisaslı kadr çatışmazlığı problemi yaranıb. Bundan əlavə, hazırda bölgədə artan silahların yerləşdirilməsi üçün kifayət qədər anbar yoxdur.

Bu yaxınlarda NATO-nun yeni baş katibi Mark Rutte Brüsseldə keçirdiyi mətbuat konfransında NATO ölkələrinin ÜDM-nin 2%-i həcmində hərbi xərclərinin artıq alyansın məqsədlərinə çatmaq üçün yetərli olmadığını bəyan edərək, NATO ölkələrinin minlərlə yeni silah alması lazım olduğunu vurğuladı. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki