image-5988d06d69f0e5427d95703903f09e7abackend

NATO-nun ŞOK HƏRBİ PLANI: Bu bölgə bölünür – Soyuq müharibədən bəri İLK DƏFƏ!

image-reklam_sirab_01

NATO liderlərinin iyulda Litvada təsdiqləyəcəkləri yüzlərlə səhifəlik hərbi planların təfərrüatları Norveç mediasına sızıb. “Verdens Gang”ın iddiasına görə, NATO Skandinaviya təşkilatını müxtəlif mərkəzlərdən idarə edəcək

İyul ayında Litvada keçiriləcək sammitdə NATO liderləri Soyuq Müharibədən sonra ilk dəfə olaraq Rusiyanın mümkün hücumu zamanı necə cavab veriləcəyi barədə təfərrüatların yer aldığı minlərlə səhifəlik gizli hərbi planları təsdiqləməyə hazırlaşır.

Vətəninfo.az  bildirir ki, gizli plan haqqında çox az şey məlumdur, lakin Norveçin ən böyük xəbər saytlarından biri olan “Verdens Gang”da (VG) yer alan məlumata görə, NATO yeni müdafiə planı çərçivəsində Skandinaviya regionunu müxtəlif mərkəzlərə bölməyi planlaşdırır.

İsveç mətbuatında yer alan iddiaya görə, Stokholm alyansa üzv ola biləcəyi təqdirdə Finlandiya və İsveç bir komanda altında olacaq, Norveç isə bu komandadan ayrılacaq.

6472070f4e3fe02c1c774690.jpg (114 KB)

VG müdafiə planını “Soyuq Müharibədən sonra NATO-nun ən böyük yenidənqurulması” olaraq xarakterizə edib və yekun qərarın iyulda Vilnüsdə keçiriləcək sammitdə qəbul edilməsinin gözlənildiyini bildirib.

VG-nin iddiasına görə, NATO Skandinaviya regionunda strukturlaşmasını 2 fərqli mərkəzdən həyata keçirəcək.

Finlandiya və üzv olarsa, İsveç NATO-nun Baltik regionu və Mərkəzi Avropaya cavabdeh olan Hollandiya Brunssum Komandanlığına, Norveç və İslandiya isə Atlantik okeanına cavabdeh olan ABŞ-ın Norfolk Komandanlığına bağlı olacaq.

İsveç mətbuatı sözügedən planın Skandinaviya hakimiyyətinin əvvəldən israr etdiyi “Bütün Skandinaviya ölkələri ortaq bir dam altında toplanmalıdır” tövsiyəsi ilə ziddiyyət təşkil etdiyinə diqqət çəkib.

Norveçin baş naziri Jonas Gahr Støre isə VG-yə açıqlamasında heç bir ziddiyyət olmadığını, Skandinaviya bölgəsi üçün birgə komandanlıq istəyinin hələ də davam etdiyini və bunun müvəqqəti bir struktur ola biləcəyini bildirib.

Finlandiyanın Yle telekanalı yeni müdafiə planının arxasında dayanan səbəbin NATO-nun Norfolkdakı qərargahının hələ bütün Skandinaviya regionunun müdafiəsini öhdəsinə götürmək gücünə malik olmaması olduğunu bildirib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki