image-6478309a52d08backend

NATO ölkələri Kosovadakı vəziyyəti müzakirə edir

image-reklam_sirab_01

NATO Xarici işlər nazirləri Norveç Kralı V Haraldın dəvəti ilə Osloda iki günlük iclasın ilk günündə Kral Sarayında bir araya gəlib, daha sonra Akershus qalasında Norveçin xarici işlər naziri Anne Beathe Tvinnereimin verdiyi şam yeməyində yenidən toplaşıblar.

Vətəninfo.az xəbər verir ki, xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün bugünkü iclası NATO-nun baş katibi Yens Stoltenberqin çıxışı ilə açıq elan ediləcək. İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlıq mövzususun müzakirə edildiyi iclasda gündəliyə daxil ediləcək əsas məsələlərdən biri də NATO-nun Ukrayna ilə tərəfdaşlığının inkişafı və Ukraynanın müdafiə səylərinə verilən dəstəyin və sülh planının necə davam edəcəyi olacaq.

Türkiyəni NATO-dakı daimi nümayəndə səfir Ləvənt Gümrükçünün təmsil etdiyi sammitdə Kosovodakı gərginliyin də müzakirə mövzusu olacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki