image-1backend

NATO ölkələrinin yarım milyondan çox hərbi qulluqçusu döyüş hazırlığı vəziyyətindədir

image-reklam_sirab_01

NATO-nun yarım milyondan çox əsgəri hazır vəziyyətdədir. Vətəninfo.az xəbər verir ki , bu barədə alyansın hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Polska Agencja Prasowa-ya məlumat verib.

“NATO Soyuq Müharibədən bəri ən mürəkkəb müdafiə planlarını həyata keçirib və alyans qüvvələri bu planları fəal şəkildə sınaqdan keçirir və təkmilləşdirir. Hazırda bizim 500 mindən çox hərbçimiz yüksək döyüş hazırlığı vəziyyətindədir”, – “İnterfaks” müsahibədən sitat gətirir.

Bauer əlavə edib ki, müttəfiqlər həmçinin Polşanın zenit və raket əleyhinə müdafiə sistemlərini gücləndirmək barədə razılığa gəliblər.“Polşada yeni raket əleyhinə müdafiə bazasının yaradılması mühüm addımdır. – Biz dünyanın ən güclü ittifaqının bir hissəsiyik. Və biz onu daha da gücləndirməliyik”.Admiral bəyan edib ki, NATO alyansın heç bir ölkəsinə hücum təhlükəsi görmür.

“Hazırda Polşa və ya Baltikyanı ölkələr də daxil olmaqla, NATO müttəfiqlərindən hər hansı birinə hərbi hücum ehtimalı yüksək deyil”, – Bauer bildirib.

Eyni zamanda o qeyd edib ki, “biz Rusiyanın aqressiv davranışının narahatedici mənzərəsini görürük”.“Biz şərq cinahda döyüşə hazır qüvvələr yerləşdirmişik, cəbhə xəttinin müdafiəsini gücləndirmişik və Alyansın təhdid altında olan istənilən müttəfiqi sürətlə gücləndirmək qabiliyyətini artırmışıq”, – Bauer əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki