Ukraynadakı döyüş meydanında Rusiya ordusu sentyabr ayında hər gün orta hesabla 1271 əsgərin ölümünə və yaralanmasına məruz qalıb.
Vətəninfo.az xəbər verir ki. bu məlumatı Şimali Atlantika Alyansının yüksək rütbəli rəsmisi Brüsseldə müdafiə nazirlərinin görüşü çərçivəsində keçirilən brifinqdə təqdim edib.
Deutsche Welle xəbər verir ki, bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından bəri ən yüksək rəqəmdir. May ayında NATO 1000 ölü və yaralının sayını qeyd etmişdi. Rəsmi onu da vurğulayıb ki, alyansın proqnozlarına görə, Rusiya tərəfindən bu cür itkilər 2024-cü ilin sonuna qədər davam edəcək. O, rusların itkilərinin artmasını onunla əlaqələndirdi ki, indi təkcə Xarkovda deyil, Kursk vilayətində də şiddətli döyüşlər gedir və döyüşlər ümumilikdə bütün cəbhə xətti boyu intensivləşib.
Eyni zamanda, Rusiyada işə qəbul eyni sürətlə davam edir: ayda təxminən 30 min nəfər, rəsmi qeyd etdi.